Şah İsmayıl Xətai | Qüdrətli şah, igid sərkərdə, incə ruhlu şair

Haqqında yazılanlarda və söylənilənlərdə tarixi həqiqətlər də, mübaliğələr, yanlış yozumlar da var. Adına elə sağlığında əfsanələr qoşulub. Çünki otuz yeddi illik ömrünə düşmənlərinin belə təsdiqlədikləri misilsiz hünər, böyük əməllər sığdırıb. Tarixin ən çox müzakirə edilən, mübahisələrə səbəb olan bu görkəmli şəxsiyyətinin tam adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi yazılır. Amma ondan daha çox Şah İsmayıl, Şah İsmayıl Səfəvi, I İsmayıl, yaxud da Şah İsmayıl Xətai olaraq bəhs edilir. «Xətai» təxəllüsüdür. Elə sağlığında məşhurlaşan, həm əlyazma, həm də şifahı olaraq yayılıb dillər əzbərinə çevrilən əsərlərini bu təxəllüslə qələmə alıbdı...

Davamı →

Şah İsmayılın həyatının son anları

Azərbaycan xalqının dövlətçilik tarixində, hərbi, dini, ədəbi həyatında müstəsna xidmətlərə malik olan və hər zaman da qürurla xatırlanan Şah İsmayıl Səfəvi fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima kimi yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi çox görkəmli dahilərdən biridir. Ona görə də Şah İsmayılın həyat və şahlıq taleyi həm sağlığında ikən, həm də sonradan çoxlu sayda qaynaqların, salnamələrin, elmi tədqiqat araşdırmaların mövzusu olmuşdu. Belə çoxsaylı əsərlərin əksəriyyətində Şah İsmayılın çox tez başa çatan ömrünün son anları da qələmə alınmış və onun dünyasını dəyişməsinin səbəbləri barədə bəzən bir-birindən fərqli olan fikirlər ortaya qoyulmuşdur. Bu fikirlər arasında ehtimallar da mövcuddur və şübhə etmək olmaz ki, bu ehtimallar Şah İsmayılın həyatının qısa olmasının və gözlənilmədən başa çatmasının səbəblərini axtarıb tapmaq cəhdləri ilə bağlı idi.

Davamı →